Yaxın günlərdə «Neftçi»də yeni təyinat gözlənilir.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, redaksiyamıza daxil olan informasiya görə, 1 ildir boş qalan akademiyanın direktoru vəzifəsinə hazırda iki namizəd var.
Onlardan biri türkiyəlidir və bu ölkədə bir neçə klubda çalışıb. Digəri isə portuqaliyalıdır və "Benfika"da fəaliyyət göstərir.
Bakılılar bir çox funksioner barədə məlumat topladıqdan sonra onların üzərində dayanıb. Hər iki mütəxəssislə danışıqlar paralel olaraq davam etdirilir.
Hansı biriylə maliyyə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olsa, o da Azərğaycana dəvət ediləcək.
Paytaxt təmsilçisində bu işi son olaraq Cemal Bülbül görüb. Klubun ovaxtkı prezdenti Kamran Quliyevin istəyi ilə bura gəlmiş türkiyəli 3 il uşaq futboluna məsuliyyət daşıyıb.
Hazırda "Neftçi"nin akademiyası üç koordinatorun nəzarətindədir.
Sənan Quliyev və Namiq Adilov ötən ildən bu səlahiyyəti daşıyırsa, U-19 millisindən ayrılan Elxan Abdullayev 2 ay öncə «ağ-qaralar»la işbirliyinə start verib.
saytlarin hazirlanmasi
