Bernardo Silva böyük ehtimalla "Barselona"ya keçəcək.
Sportal.az "Sportitalia"ya istinadən xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Kataloniya klubuna transferə çox yaxındır. “Blauqrana” portuqaliyalı futbolçu uğrunda mübarizədə qalib gəlib. 31 yaşlı futbolçu katalonlarla 2028-ci ilə qədər müqavilə imzalayacaq. Sazişdə 2029-cu ilə qədər uzatma opsiyası da olacaq.
Bernardo Silva bu mövsüm Premyer Liqada 38 oyuna çıxıb və 2 qol vurub.
saytlarin hazirlanmasi
