Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib. Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.
Qrupun digər görüşündə Fransa Avstriyaya qalib gəlib - 3:1.
İki turdan sonra 6 xal toplayan yığmamız növbəti mərhələyə vəsiqəni təmin edib.
saytlarin hazirlanmasi
