Toral Bayramov transferində diqqətçəkən detal - "Qarabağ" şərtə razı oldu

15:40 - 29 May 2026

"Qarabağ" klubunun Azərbaycan millisinin üzvü Toral Bayramov üçün Türkiyə təmsilçisi "Bursaspor"a etdiyi güzəşt məlum olub.

Sportal.az xəbər verir ki, Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

"Köhlən atlar" 25 yaşlı cinah müdafiəçisinin transferi ilə bağlı Türkiyə klubuna ödənişi hissə-hissə etmək imkanı yaradıb. 

Belə ki, "Bursaspor" Toral Bayramovun transfer məbləğini taksit formasında mərhələli şəkildə ödəyəcək.

"Timsahlar" Superliqaya vəsiqə qazanacağı təqdirdə isə ağdamlılara əlavə ödəniş ediləcək.

Qeyd edək ki, Toral Bayramov "Bursaspor"la 3 illik müqavilə imzalayıb

Xəbər xətti