Mövsümü "qızıl dubl"la başa vuran "Sabah" Çempionlar Liqasına "boş əl"lə getmək istəmir.
Həm Premyer Liqanın çempionu olan, həm kuboku qazanan "bayquşlar" azarkeşlərini sevindirməyə can atır.
Xeyr, onlar buna can atmaqla kifayətlənmirlər, real addımlar atırlar.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi hazırda 3 tanınmış futbolçu ilə danışıqlar aparır. Masazır təmsilçisinin transfer siyahısında yer alan legionerlər Avropanın "böyük beşlik" ölkələrinin çempionatında forma geyinir.
Danışıqlar intensiv gedir. "Sabah" öz təklifləri ilə xariciləri tanış edib. Yaxın günlərdə bütün suallara aydınlıq gəlməsi gözlənilir.
Çünki Valdam Dambrauskas bu yöndə çalışmaların sürətli aparılmasını istəyir. Baş məşqçi tələsir, hər günü qənimət bilir.
Litvalı mütəxəssis qarşıdakı iki həftə ərzində nəticənin əldə olunmasını arzuladığını rəhbərliyin nəzərinə çatdırıb.
Həmin vaxt komanda qitənin ən mötəbər yarışının hazırlığına start verəcək.
saytlarin hazirlanmasi
