"Neftçi" Elvin Cəfərquliyevin transferi ilə bağlı cəhdlərini davam etdirir.
Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, paytaxt klubu Azərbaycan millisinin müdafiəçisini heyətinə qatmaq üçün yenidən "Qarabağ"la danışıqlar aparmağı planlaşdırır.
Tərəflər arasında daha əvvəl keçirilən görüşlərdə ortaq məxrəcə gəlmək mümkün olmayıb.
Buna səbəb "Neftçi"nin təklif etdiyi transfer məbləğinin "Qarabağ"ı qane etməməsi olub.
Ağdam təmsilçisi futbolçunun keçidi üçün daha yüksək maliyyə tələbi irəli sürüb.
Qeyd edək ki, Elvin Cəfərquliyevin "Qarabağ"la gələn ilin yayınadək sözləşməsi var.
saytlarin hazirlanmasi
