"Fənərbaxça"nın müdafiəçisi Avropanın 5 klubunun hədəfində

12:33 - 30 May 2026

"Fənərbaxça"nın müdafiəçisi Cayden Oostervolde Avropanın bir neçə klubunun transfer siyahısında yer alıb.

Sportal.az xəbər verir ki, "Everton", "Benfika", "Lion", "Şalke" və "Portu" niderlandlı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 25 yaşlı mərkəz müdafiəçisini 20 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Fənərbaxça" Cayden Oostervoldeni 2023-cü ilin yanvarında "Parma"dan 6 milyon avroya transfer edib. O, 2025/2026 mövsümündə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti