"Real"ın futbolçusu Eduardo Kamavinqa karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Yuventus" fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisi Kamavinqanı icarəyə götürmək istəyir. La Liqa nəhəngində əsas heyətdə yerini itirən 23 yaşlı oyunçu daha çox forma şansı qazana biləcəyi bir kluba keçməyə isti yanaşır.
Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən 31 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə "kral klubu"nun heyətində meydana çıxdığı 43 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
