"Mançester Yunayted" "Qalatasaray"dan 28 milyon avro tələb edir

20:18 - 29 May 2026

"Qalatasaray" "Mançester Yunayted"də çıxış edən Manuel Uqarteni transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə "Akşam" nəşri məlumat yayıb.

Uruqvaylı oyunçu İstanbul nəhənginin yarımmüdafiə xətti üçün əsas hədəfidir. İngiltərə klubu Uqarteni satmağın əleyhinə deyil. Onlar 25 yaşlı dayaq yarımmüdafiəçisi üçün 28 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 50 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü 2025/26 mövsümündə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.

Xəbər xətti