Konte İstanbul klubundan 20 milyon avro tələb etdi

13:40 - 30 May 2026

"Fənərbaxça" baş məşqçi postuna "Napoli"dən ayrılan Antonio Konteni baş məşqçi postuna gətirmək istəyir.

Sportal.az xəbər verir ki, İstanbul nəhənginin prezidentliyinə namizəd olan Aziz Yıldırım italiyalı mütəxəssislə danışıqlara başlayıb. Bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

Lakin Kontenin təyinatı o qədər də asan görünmür. 56 yaşlı çalışdırıcı Türkiyə klubundan 5 milyon avro imza pulu, 15 milyon avro isə maaş tələb edib.

Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasında mövsümü 2-ci pillədə başa vurub.

Xəbər xətti