"Liverpul" baş məşqçi Arne Slotla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Arne Slot 2024-cü ilin yayında "Liverpul"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda niderlandlı çalışdırıcının rəhbərliyi altında ilk mövsümdə İngiltərə çempionu olub. "Qırmızılar" 2025/26 mövsümündə isə Premyer Liqanı 60 xalla 5-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi
