Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan "Komo" xoşagəlməz halla üzləşib.
Sportal.az xəbər verir ki, İtaliya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində ev oyunlarını doğma meydanda keçirə bilməyəcək. Bu barədə "Talksport" məlumat yayıb.
"Mavi-ağlar"ın ev oyunlarını keçirdiyi "Cüzeeppe Siniqalya" stadionu UEFA-nın standartlarına cavab vermir. Sesk Fabreqasın rəhbərlik etdiyi kollektiv ev matçlarını "Sassuolo"nun "Mapei" arenasında keçirəcək.
Qeyd edək ki, "Komo" İtaliya A Seriyasında 2025/26 mövsümünü 71 xalla 4-cü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazanıb.
saytlarin hazirlanmasi
