Paulo Dibala maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verib.
Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hücumçu "Roma"nın təklifini qəbul edib və klubla müqaviləsini daha iki il uzadacaq. Bundan sonra onun karyerasını vətəni Argentinada davam etdirməsi ehtimal olunur.
32 yaşlı futbolçu əvvəlki kimi ildə 8 milyon avro deyil, 2,5 milyon avro maaş almağa razılaşıb. Bundan əlavə, onun müqaviləsində keçirdiyi oyunların sayından asılı olan bonuslar da nəzərdə tutulacaq.
Mənbənin yazdığına görə, Dibalanın həyat yoldaşı onu Argentinaya qayıtmağa razı salmağa çalışıb. Futbolçuya Turkiyədən də təkliflər gəlib, lakin Paulo Romada qalmağa üstünlük verib. Xüsusilə də “Roma”nın yenidən UEFA Çempionlar Liqasına vəsiqə qazanması onun qərarına təsir edib.
Həmçinin vurğulanır ki, Roma klubunun baş məşqçisi Can Piero Qasperini ulduz futbolçu ilə müqavilənin uzadılmasında israr edib. Dibala cari mövsümdə Seria A-da 22 oyuna çıxıb və 2 qol vurub.
saytlarin hazirlanmasi
