Ulduz futbolçu narkotikə görə saxlanıldı

17:42 - 30 May 2026

​İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinq yol-nəqliyyat hadisəsindən sonra narkotik vasitənin təsiri altında avtomobil idarə etmə şübhəsi ilə həbs olunub.

Sportal.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

​31 yaşlı futbolçu narkotik vasitənin təsiri altında vəziyyətində sükan arxasında olmaq, təhlükəli sürücülük, "C" qrupuna aid narkotik maddə saxlamaq və analiz üçün nümunə verməkdən imtina etmək şübhəsi ilə saxlanılıb.

​Hadisə cümə axşamı səhər saatlarında "Lamborghini" markalı avtomobilin Hempşir qraflığındakı M3 magistralında çəpərə çırpılmasından sonra baş verib. "Feyenoord"un vingeri təhqiqat müddətində zaminə buraxılıb.

​Polisinin bəyanatında deyilir:

​"Cümə axşamı səhər saat 9-a qalmış M3 magistralının cənub istiqamətində, Minli qovşağı yaxınlığında 'Lamborghini' markalı avtomobilin çəpərlərə çırpılması barədə məlumat daxil olub. Hadisədə digər nəqliyyat vasitələri iştirak etməyib, xəsarət alan yoxdur.

​Sürücü - Berkşir sakini olan 31 yaşlı kişi nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmə, təhlükəli sürücülük, "C" sinfinə aid narkotik maddə saxlama və analiz üçün nümunə verməkdən imtina etmə şübhəsi ilə həbs olunub. O, təhqiqat yekunlaşana qədər zaminə buraxılıb".

​Xatırladaq ki, Sterlinq "Çelsi" ilə müqaviləsinə xitam verdikdən sonra fevralda "Feyenoord"a keçib. O, mövsümün ikinci yarısında oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti