Braziliya millisinin sabiq üzvü karyerasını başa vurdu

13:17 - 11 Aprel 2026

"Qalatasaray"ın sabiq yarımmüdafiəçisi Fernando Fransiski Rejes gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını başa vurub. Bu barədə oyunçu özü məlumat verib.

2025-ci ilin yayında "İnternasional"dan ayrıldıqdan sonra klubsuz olan dayaq yarımmüdafiəçisi 38 yaşında peşəkar futbolla vidalaşıb.

Qeyd edək ki, Fernando Fransisko Rejes karyerası ərzində "Vila Nova", "Portu", "Eştrela", "Mançester Siti" və "Sevilya"da çıxış edib. Təcrübəli futbolçu Braziliya millisinin heyətində 3 oyun keçirib.

Xəbər xətti