"Trabzonspor"da şok itki

21:28 - 10 Aprel 2026

Türkiyənin "Trabzonspor" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Super Liqa nəhənginin hücumçusu Pol Onuaçu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı forvard komandanın məşqi zamanı ayaq əzələsindən zədə alıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, 31 yaşlı forvard bu mövsüm "Trabzonspor"un heyətində meydana çıxdığı 28 rəsmi matçda 24 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Super Liqanın bombardiridir.

Xəbər xətti