"Qarabağ"ın sabiq forvardı Samir Musayev Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun "Sabah"la çempionluq mübarizəsindən bəhs edib:
"Qarabağ"ın "Sabah"a qarşı kubok görüşü olduqca maraqlı alındı. Əslində, bu cür oyunların sayı çox olmalıdır. Çox maraqlı görüş alınmışdı. Qarşıda cavab görüşləri var. Hər iki komandanın da şansı var. Hansı komanda daha az səhv edəcəksə, o komandada da qalib gələcək. Ümumiyyətlə, çempionatda da bu iki komanda arasında yaxşı rəqabət var. "Sabah" yaxşı futbolçular transfer etdi, stabil oyun göstərirlər, lakin bir şey var idi, o da “Qarabağ”ın ÇL-də ağır oyunları. Ona görə bu mövsüm onlar "Qarabağ"ı saxlaya bildilər. Premyer Liqada “Qarabağ”ın “Sabah”la 10 xallıq fərqi aradan qaldırmasının real olub-olmadığına gəldikdə, hər şey ola bilər, bu futboldur. Amma dediyim kimi “Sabah” yaxşı komandadır və onların bu cür şansı əldən verməsi inandırıcı gəlmir. Hər halda, gözləyək görək də".
Mirbağırağa
saytlarin hazirlanmasi
