Mikels "Sabah"ı "Qarabağ"a dəyişir? - Premyer Liqanın bombardiri Qurban Qurbanovun yanına yollana bilər

12:47 - 23 May 2026

Coy-Lens Mikelsin "Sabah"la müqaviləsini yeniləməməsi gündəmə çevrilib. Əslində, bu məsələ hələ qapanmayıb. "Sabah" əvvəlkindən daha yaxşı şərtlərlə yeni müqavilə təklif edib, futbolçu "yox" deməyib. 

Lakin çox uğurlu bir mövsümün ardından Mikelsin "Sabah"la yeni müqaviləyə imza atmaması, tərəddüd etməsi daha cəlbedici təkliflərin olmasından xəbər verir. Mətbuatda onun xarici klubların maraq dairəsinə düşməsinə dair məlumatlar yer alıb. 

Sportal.az saytının əldə etdiyi məlumata görə, Mikelsin keçidində maraqlı olan klublardan biri də "Qarabağ"dır. Hələ ki ortada heç bir anlaşma yoxdur, lakin klubun düşünən beyinləri arasında bu ideyanı irəli sürənlər, bu transferə isti baxanlar var. Bu barədə pressing.az saytı da məlumat paylaşıb.

Qeyd edək ki, Mikels 19 qolla mövsümün bombardiri olub. Onun aktivində 7 məhsuldar ötürmə də var. 

Xəbər xətti