Futbol üzrə Azərbaycan I Liqasında XXI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün lider "Şəfa" doğma meydanda "Səbail"i qəbul edib. Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 48-ə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 37 xalı olan "Səbail" isə 4-cü yerdədir.
"Şəfa" - "Səbail" 2:1
Qollar: E.Zamanov, 48, N.Əliyev, 57 - K.Quliyev, 61 (pen)
