"Zenit" və Rusiya millisinin keçmiş oyunçusu Vladimir Bıstrov Rusiya kuboku Regionlar Yolunun yarımfinal matçında "Zenit"in hücumçusu Con Duranın "Spartak"a qarşı göstərdiyi performansla bağlı danışıb.
Sportal.az “RB Sport”a açıqlamasında Kolumbiya millisinin forvardın Rusiya klubundakı çıxışını tənqid edib:
"Duranın “Spartak”a qarşı matçda nümayiş etdirdiyi performansını şərh etmək çətindir. Futbol meydançasında mən də onun kimi gəzə bilirəm. Hazırkı 20 kiloqram artıq çəkimə baxmayaraq, Duran qədər qaça bilirəm. Amma aktiv oyunçu kimi, bir az daha çox hərəkət etməlidir. Məsələn, həmyerlisi Con Kordoba yorğun olub-olmamasından asılı olmayaraq qaçır. Sankt-Peterburq klubunun oyunçuları əllərindən gələni edəcəklərini deyirlər, amma biz hələ bunu görmürük".
"Spartak" penaltilər seriyasında “Zenit”I 7:6 hesabı ilə məğlub edib. Con Duran isə matça start heyətində başlayıb və 61-ci dəqiqədə əvəzlənib.
saytlarin hazirlanmasi
