"Real" yeni mövsüm üçün hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Madrid nəhənginin əsas hədəfi "Bavariya"da çıxış edən Maykl Olisedir. Bu barədə jurnalist Kristian Falk məlumat yayıb.
Qeyd olunur ki, kral klubunun prezidenti Florentino Peres UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Bavariya" ilə ilk matçında (1:2) Olisenin oyunundan çox təsirlənib. Peres şəxsən fransalı vingeri klubun formasında görməkdə maraqlıdır. "Real" yayda 24 yaşlı futbolçu üçün 165 milyon avroluq təklif göndərməyi nəzərdən keçirir.
Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 16 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
