"Şəfa" növbəti mövsümün hazırlığına başlayıb - millinin müdafiəçisi ilə danışıqlar aparırlar

16:55 - 10 Aprel 2026

I Liqada çempionluğa yaxın olan "Şəfa" Premyer Liqanın hazırlıqlarına başlayıb.

Sportal.az "sportinfo.az" saytına istinadən xəbər verir ki, növbəti mövsümdən etibarən elitada mübarizə aparması gözlənilən paytaxt təmsilçisi transfer çalışmalarına start verib.

"Ağ-göylər" Rahil Məmmədova təklif göndərib. Hazırda "Araz-Naxçıvan"ın formasını geyinən müdafiəçi onlarla danışıqlara gedib.

Millinin də formasını geyinən arxa xətt oyunçusu "Şəfa"dan aylıq 20 min manat əməkhaqqı istəyib. "Neftçi"nin yetirməsi bildirib ki, ona tezliklə cavab versinlər, çünki ona digər klublardan da dəvət gəlib.

Məmmədov Muxtar Respublika komandasına cari mövsümün əvvəlində qoşulub. Bura Polşadan - “Radomyak”dan gələn Rahilin məvacibi 17 min manat civarındadır.

Xəbər xətti