"Sabah"ın hücumçusu Coy-Lens Mikkels Misli Premyer Liqasının 26-cı turunda "Araz-Naxçıvan" üzərində qazanılan 4:2 hesablı qələbəsini Sportal.az saytına açıqlamasında şərh edib.
Almaniyalı futbolçu komandasının səfər görüşündəki uğurlu nəticə barədə bunları deyib:
"Çətin oyun alındı. Rəqibimiz də yaxşı futbol oynadı. “Araz-Naxçıvan” həqiqətən yaxşı komandadır. Amma bilirdik ki, topu özümüzdə saxlasaq, oyuna nəzarət edə bilərik. Rəqiblərimiz iki dəfə üstünlüyü ələ keçirdikdən sonra belə, oyuna nəzarət etdik. Bu vacib məqam idi. Təbii ki, bunun qarşılığını aldıq. Valdas Dambrauskas həmişə bizə səbirli olmağımızı bildirir, deyir ki, qollar gələcək. Bu dəfə də belə oldu. Qələbəyə layiq idik".
saytlarin hazirlanmasi
