Kristof Duqarri PSJ – "Liverpul" qarşıdurması ilə bağlı çox sərt proqnoz verib.
Sportal.az xəbər verir ki, Fransa millisinin sabiq futbolçusu öz açıqlamasında bunları qeyd edib:
“Düzünü desəm, bu, asan oyun olacaq. ‘Liverpul’ sadəcə fəlakətli vəziyyətdədir, komanda kimi oynamırlar. Mən demirəm ki, onların oyunçuları zəifdir, amma kollektiv yoxdur. Səviyyə fərqi, mənim fikrimcə, çox böyükdür. Hətta düşünürəm ki, PSJ bu 1/4 finalın taleyini ilk oyundaca həll edəcək.
‘Liverpul’un oyununu görmüsünüz? Bu, sadəcə fəlakətdir. Texniki cəhətdən yaxşı oyunçuları var, amma ilbiz sürəti ilə oynayırlar. Bu gün PSJ-nin göstərdiyi intensivliyi, mental gücü və ümumi formalarını nəzərə alsaq, bu iki komandanı müqayisə etmək mümkün deyil. Bu, əsl ‘qırğın’ olacaq."
saytlarin hazirlanmasi
