"Neftçi" "Sumqayıt"la oyunun hazırlığını başa vurdu - FOTOLAR

20:18 - 4 Aprel 2026

"Neftçi" Misli Premyer Liqasının 26-cı turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığı yekunlaşıb.

Sportal.az xəbər verir ki, komandanın üzvləri bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Qeyd edək ki, aprelin 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 18:00-da başlanacaq.


Xəbər xətti