"Selta" ilə müqaviləsi mövsümün sonunda başa çatan Oskar Minqesa gələcəyi ilə bağlı qərarını verib.
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu La Liqa klubundan ayrılacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Minqesa klubla yeni sözləşmə imzalamayacaq. 26 yaşlı sağ cinah müdafiəçisi yayda azada agent statusu ilə komandanı tərk edəcək.
Qeyd edək ki, Oskar Minqesa 2022-ci ilin yayında "Barselona"dan ayrıldıqdan sonra "Selta"ya keçib. İspaniya millisinin üzvü cari mövsümdə Viqo təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
