Kamal Umudlu Belçika - İsveç matçını idarə etdi

15:43 - 2 Aprel 2026

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin I raundunun 3 oyununda fəaliyyət göstərib.

Kamal Umudlu A qrupunun İsveç – Sloveniya və Belçika - İsveç matçlarında baş hakim, Belçika – Sloveniya qarşılaşmasında isə ehtiyat hakim olub.

Digər referimiz Vüsal Məmmədov isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirib.


Xəbər xətti