Sabah Bakıda boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turniri start götürəcək.
Sportal.az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycanı 43 idmançı təmsil edəcək. Yarışda Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları da mübarizə aparacaqlar. 14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq.
Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək. Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq. Turnirin açılış mərasimi sabah, saat 15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq. Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapounciyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.
saytlarin hazirlanmasi
