"Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarte karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" uruqvaylı futbolçunu transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Turin təmsilçisinin idman direktoru Marko Ottolini 24 yaşlı futbolçunu sabah keçiriləcək Uruqvay - Əlcəzair matçında stadionda izləyəcək.
Qeyd edək ki, "Mançester Yunayted" Manuel Uqarteni 2024-cü ilin yayında PSJ-dən 50 milyon avroya transfer edib. Futbolçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 23 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
