Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxıb.
Sportal.az xəbər verir ki, ABŞ-nin Sietl şəhərində təşkil olunan görüşdə 36 yaşlı idmançımız İqnasio Bahamondeslə qarşılaşıb.
Musayev Çilidən olan rəqibini məğlubiyyətə uğradıb.
Üç raund davam edən mübarizədə statistik göstəricilərə əsasən, Musayev rəqibinə 145 zərbədən 82-ni dəqiq çatdırıb.
Hakimlər yekdilliklə qələbəni azərbaycanlı idmançıya veriblər.
Qeyd edək ki, İqnasio Bahamondes sonuncu dəfə ötən yay Bakıdakı turnirdə Rafael Fiziyevə uduzmuşdu.
saytlarin hazirlanmasi
