"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr klubla yeni müqavilə imzalamağa yaxındır.
Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu özü tərəflər arasında artıq danışıqların aparıldığını və əhəmiyyətli irəliləyiş əldə olunduğunu təsdiqləyib:
"Mançester Yunayted"lə danışıqlar baş tutub. Düşünürəm ki, həm klub, həm də mənim üçün ən yaxşı variant olacaq razılaşmaya gələcəyik. "Mançester Yunayted" istəyir ki, mən klubu irəli aparmağa davam edim, onlar hesab edirlər ki, komandanın inkişafında mühüm rol oynamalıyam".
Qeyd edək ki, "Mançester Yunayted" Harri Maquayrı 2019-cu ilin yayında "Lester Siti"dən 87 milyon avroya transfer edib. 32 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
