"Bavariya" müdafiəçisini "Mançester Yunayted"ə satmağa hazırdır

13:56 - 24 Mart 2026

"Mançester Yunayted" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Bavariya"da çıxış edən Alfonso Deyvisi transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

"Qırmızı şeytanlar" kanadalı sol cinah müdafiəçisi üçün yaxın vaxtlarda təklif göndərməyə hazırlaşır. Almaniya klubu tez-tez zədələnən 25 yaşlı futbolçunu satmağa hazırdır.

Qeyd edək ki, "Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yanvarında "Vankuver"dən 14 milyon avroya transfer edib. Kanada millisinin üzvü bu mövsüm Münhen təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti