"Sabah"ın futbolçusu "Neftçi"nin sabiq legionerinin rekordunu təkrarladı

21:22 - 22 Mart 2026

Coy Lens Mikels Misli Premyer Liqasının 2025/26 mövsümündə 15-ci qolunu vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, o, XXV turun “Sumqayıt”la ev görüşündə (3:1) fərqlənib. Almaniyalı hücumçu 2-ci dəfə Premyer Liqada ən azı 15 qol səddinə çatır.

O, 2022/23 mövsümündə 17 qola sevinib. Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub. Onadək yalnız Bahodir Nasimov bunu bacarıb.

Özbəkistanlı forvard “Neftçi”nin heyətində 2010/11 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.

Xəbər xətti