Cəlal Hüseynovun komandasından darmadağın

21:55 - 21 Mart 2026

Futbol üzrə Bolqarıstan çempionatında 27-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda”  səfərdə “Septemvri” ilə qarşılaşıb. Matç qonaqların 4:1 hesablı  qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov bu matçda sonadək meydanda olub.

“Arda” hazırda 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti