Keyndən Levandovskinin rekorduna çatmağa 10 qol

20:22 - 21 Mart 2026

Harri Keyn "Bavariya"nın heyətində "Yunion"(Berlin) ilə Bundesliqanın 27-ci tur oyununda (4:0) fərqlənib.

Sportal.az xəbər verir ki, ingiltərəli hücumçunun cari mövsüm çempionatda 26 oyunda 31 qolu var. Robert Levendovskinin rekorduna çatmasına isə 10 qol qalır.

Bundan əlavə, Keyn bütün turnirlərdə son 10 oyunun 9-da qol vurub. Ümumilikdə isə onun “Bavariya” və İngiltərə millisi üçün bu mövsüm 45 oyunda 53 qolu var.

Xəbər xətti