Lionel Messi "İnter Mayami"nin heyətində "Nyu-York Siti" ilə "Major League Soccer" matçında (2:2) qol vurub.
Sportal.az xəbər verir ki, argentinalı ulduz 61-ci dəqiqədə fərqlənib və bu qol onun karyerasında 901-ci qol olub (1143 oyunda). Onun hesabında həmçinin 407 assist var.
Messinin qollarının bölgüsü:
"Barcselona" – 672 qol
Argentina millisi – 115 qol
"İnter Mayami" – 80 qol
PSJ – 32 qol
Müqayisə üçün, Kriştiano Ronaldo ("Əl-Nəsr") karyerasında 965 qol vurub (1312 oyunda).
saytlarin hazirlanmasi
