PSJ ölkə çempionatının 29-cu turunun "Lans"la matçının təxirə salınmasını istəyir.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi bununla bağlı Fransa Peşəkar Futbol Liqasına müraciət edib. Bu barədə yerli mətbuat məlumat yayıb.
Müraciətin səbəbi komandanın sıx qrafikidir. Belə ki, həmin qarşılaşmadan əvvəl və sonra "Liverpul"a qarşı UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin oyunları keçiriləcək. Bu matçlar aprelin 8-i və 14-nə təyin olunub.
"L’Equipe" nəşrinin məlumatına görə, liqanı təşkil edən qurum yaxın vaxtlarda iclas keçirərək məsələni müzakirə edəcək və yekun qərar qəbul edəcək.
"Lans"ın mövqeyi isə vəziyyəti çətinləşdirə bilər. Belə ki, komandanın baş məşqçisi Pyer Saj oyunun təxirə salınmasının əleyhinədir.
Qeyd edək ki, Liqa 1-də 26 oyun keçirən PSJ 60 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. 27 matçdan sonra 59 xal toplayan "Lans" isə 2-ci yerdədir.
saytlarin hazirlanmasi
