"Qalatasaray"dan Mario Lemina qərarı

16:16 - 25 Mart 2026

"Qalatasaray" mövsümün sonunda müqaviləsi başa çatan Mario Lemina ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi qabonlu yarımmüdafiəçini komandada saxlayacaq. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" 32 yaşlı dayaq yarımmüdafiəçisinin sözləşməsinin müddətini daha 1 il uzadacaq.

Qeyd edək ki, "Qalatasaray" Mario Leminanı 2025-ci ilin yayında "Vulverhempton"dan transfer edib. Təcrübəli futbolçu bu mövsüm "cim bom"un heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti