"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu

11:48 - 25 Mart 2026

"Sevilya"nın yeni baş məşqçisi açıqlanıb.

Sportal.az xəbər verir ki, Əndəlusiya təmsilçisini Luis Qarsiya Plasa çalışdıracaq.

İspan mütəxəssis 2027-ci il iyunun 30-na qədər "Sevilya"ya rəhbərlik edəcək.

Onun qarşısına qoyulan hədəf komandanı yüksək liqada saxlamasıdır.

Qeyd edək ki, Qarsiya "Vilyarreal”, “Levante”, “Malyorka” və “Alaves” klublarını çalışdırıb. 

Xəbər xətti