Futzal üzrə Azərbaycan Yüksək Liqasında iştirak edən "Şuşa" dağılmaq təhlükəsi ilə üz-üzədir.
Sportal.az saytına verilən məlumata görə, maliyyə problemi yaşayan klubda artıq 3 aydır ki, maaşlar verilmir.
Bu cür davam edəcəyi təqdirdə, futbolçu və məşqçi heyətinin oyunlara çıxmayacağı, klubun isə fəaliyyətini dayandıracağı ehtimal edilir.
Bundan əvvəl isə yüksək liqada çıxış edən "Xan-Lənkəran" məhz maliyyə problemi yaşadığı üçün çempionatdan çəkilmiş, fəaliyyətini dayandırmışdı.
Əlavə edək ki, çempionatda iştirak edən U-19 yığması, "Araz-Naxçıvan", "Şuşa" və "Xan-Lənkəran"a maliyyə məhz Azərbaycan Futzal Federasiyası tərəfindən ayrılır. Liqada isə hazırda 5 komanda mübarizə aparır. Bunlar yuxarıda adını çəkdiyimiz klublardan savayı "Neftçi" və "Baku Fire"dır.
saytlarin hazirlanmasi
