"Barselona" "İnter"in futbolçusu üçün təklif irəli sürdü

21:46 - 24 Mart 2026

"İnter"in futbolçusu Alessandro Bastoni karyerasını İspaniyada davam etdirə bilər.

Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, "Barselona" "nerazzura"nın müdafiəçisi üçün artıq təklif irəli sürüb.

Kataloniya təmsilçisi italiyalı üçün 60 milyon avrosundan keçməyə hazırdır.

26 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 35 görüşdə iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.

Onun “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Xəbər xətti