"İnter" "Atletiko"nun müdafiəçisi Xose Mariya Ximeneslə maraqlanır.
Sportal.az xəbər verir ki, uruqvaylı futbolçu özü də İtaliyaya keçid variantını nəzərdən keçirir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Mənbələrin məlumatına görə, artıq oyunçunun ətrafı Milan klubunun marağı barədə məlumatlandırılıb. Ximenes gələcəyi ilə bağlı yekun qərarı dünya çempionatından sonra verməyi planlaşdırır.
Müdafiəçi hesab edir ki, "İnter" Avropanın aparıcı klublarından birinə çevrilmək potensialına malikdir və bu variant onun karyerasını davam etdirmək üçün prioritet seçimlərdən biridir.
Qeyd edək ki, Xose Mariya Ximenes bu mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı mərkəz müdafiəçisinin Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi
