Xabi Alonso mövsümün sonunda "Liverpul"da Arne Slotu əvəz edə bilər.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, mersisayd klubu yayda niderlandlı mütəxəssislə yollarını ayıra bilər. "Brayton"a 1:2 hesablı məğlubiyyət (mövsümdə 10-cu) Slotun gələcəyinə ciddi təsir edib. Bildirilir ki, o, yalnız Çempionlar Liqası uğrunda rəqabətdə rəqiblərin zəif nəticələrinə görə dərhal istefaya göndərilməyib.
Alonso artıq əsas namizəd kimi müəyyənləşdirilib. İspaniyalı mütəxəssis mövsümün ortasında yox, məhz yayda komandaya qoşulmaq istəyir.
Qeyd olunur ki, “Liverpul” rəsmi təklif edərsə, Alonso bunu heyətin formalaşdırılmasına təsir etmək şərti ilə qəbul etməyə hazırdır. O, əvvəlki təcrübələrdən sonra transfer siyasətində söz sahibi olmaq istəyir.
saytlarin hazirlanmasi
