Azərbaycan yığması bu gün Şimali İrlandiya ilə qarşılaşacaq

12:22 - 28 Mart 2026

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində ikinci matçına çıxacaq.

Sportal.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 yığmamız bu gün Şimali İrlandiya ilə üz-üzə gələcək.

Qarşılaşma Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda baş tutacaq və oyuna Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Xatırladaq ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv ilk matçda Litvaya 0:4 uduzub.

Xəbər xətti