“Roma”nın mərkəz müdafiəçisi Obite N'Dika yayda klubunu dəyişə bilər.
Sportal.az “Tuttomercato”ya istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem" və "Liverpul" 26 yaşlı kot-d'ivuarlı futbolçunu fəal şəkildə izləyir. "Bavariya" və "Barselona"nın da maraq dairəsində olan müdafiəçinin hansı kluba üstünlük verəcəyi dəqiq deyil.
“Roma" Obite üçün 40-45 milyon avrodan çox təklif edən klubla razılaşacaq. 26 yaşlı futbolçu “Oser” və “Ayntraxt”(Frankfurt) klublarında da oynayıb.
saytlarin hazirlanmasi
