19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində son oyununa çıxıb.
Sportal.az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb. “Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.
Qeyd eədk ki, yığmamız ilk turda Litvaya 0:4 hesabı ilə məğlub olub.
saytlarin hazirlanmasi
