"Barselona" Julian Alvarez transferi üçün həddindən artıq maliyyə riskinə getmək niyyətində deyil.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, katalon klubu futbolçuya görə artıq ödəniş etmək və maliyyə modelindən kənara çıxmaq istəmir. Klub daxilində bütün transferlərin maaş limiti və "Financial Fair Play" qaydalarına uyğun olması vurğulanır.
Bundan əlavə, rəhbərlik "Atletiko"dan futbolçunun keçid üçün təzyiq göstərəcəyinə inanmır və bu olmadan razılaşmanın mümkün olmadığını düşünür.
Eyni zamanda Madrid klubu vəziyyəti çətinləşdirir və Julian Alvarezə təxminən 10 milyon avro illik maaşla yeni müqavilə təklif etməyə hazırdır.
Hazırda transfer çox çətin görünür və "Barselona" yalnız şərtlər uyğun gəlməsə, bu plandan imtina edə bilər.
saytlarin hazirlanmasi
