Seneqal millisinin Afrika Kuboku ilə "şərəf dövrəsi” - FOTO

00:54 - 29 Mart 2026

Senegal millisi Peru ilə yoldaşlıq oyunundan əvvəl azarkeşlərə Afrika Kubokunu təqdim edib.

Sportal.az xəbər verir ki, komandanın kapitanı Kalidou Koulibali və baş məşqçi Pape Thiav “Stade de France” stadionunda kuboku meydana çıxarıb və futbolçularla birlikdə “şərəf dövrəsi” ediblər.

Qeyd edək ki, CAF apellyasiya qərarından sonra finalla bağlı nəticəni dəyişib və Senegal millisinə 0:3 hesablı texniki məğlubiyyət verib. Bu qərar Mərakeş yığmasının şikayətindən sonra qəbul edilib.

Xatırladaq ki, hadisənin əvvəlində 98-ci dəqiqədə Brahim Díaza qarşı penalti təyin olunmuş, lakin o zərbəni dəqiq yerinə yetirə bilməmişdi. Matç daha sonra 1:0 hesabı ilə seneqallıların xeyrinə başa çatmışdı.


Xəbər xətti