Vinisius məşqlərə geri döndü - Xorvatiya ilə matçda oynayacaq?

22:08 - 29 Mart 2026

Vinisius Junior zədəsini bərpa edərək yenidən məşqlərə qayıdıb.

Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, "Real" və Braziliya millisinin vingeri artıq komanda ilə ümumi məşqlərdə iştirak edir.

Beləliklə, futbolçu Xorvatiyaya qarşı oyunda meydana çıxa biləcək. Qarşılaşma ABŞ-da 31 martdan 1 aprelə keçən gecə saat 04:00-da keçiriləcək.

Xəbər xətti