"Beşiktaş"ın yeni transfer hədəfi bəlli oldu

17:22 - 29 Mart 2026

"Beşiktaş" Breel Embolonun transferinə hazırlaşır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, "qara qartallar" 29 yaşlı forvardla müqavilə imzalamaq niyyətindədir.

Hazırda müqavilə ilə "Renn"ə məxsus olan isveçrəli özü də Türkiyəyə yollanmaq istəyir. Əvvəllərdə ona Superliqa klublarından təklif olmuşdu, lakin keçid reallaşmamışdı. Bu dəfə isə “Beşiktaş” Embolonun keçidi həll edə bilər.

29 yaşlı futbolçunun “Renn”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. 

“Bazel”, “Şalke”, “Borussiya”(Münhenqladbax), “Monako” komandalarının formasını geyinmiş Embolo 2025-ci ildən “Renn”də oynayır.
 

Xəbər xətti